Avro-2020: Ən ucuz bilet Bakıda, ən bahası Londonda
UEFA
Avro-2020-nin bilet satışı ilə bağlı planı açıqlayıb.
Kaspi.az xəbər
verir ki, yeni formatda – bir neçə ölkədə keçirilən turnirin biletləri 3 mərhələdə
satılacaq. Biletlərin qiyməti 30 avrodan 945 avroya qədərdir.
Ən ucuz bilet
Bakı, Budapeşt və Buxarestdə satılacaq. Ən baha bilet isə Londondakı final
oyununa olacaq. Bilet satışı ilə bağlı ilk mərhələ iyunun 12-də n iyulun 12-sinə
qədər olacaq. Bu mərhələdə 1,5 milyon bilet satışa çıxarılacaq.
İkinci mərhələ
dekabrın əvvəlində başlayacaq. Bu mərhələdə isə 1 milyon biletin satılması
planlaşdırılır. Sonuncu – 3-cü mərhələ isə 2020-ci ilin aprelində olacaq.
Avro-2020-nin
final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.