• cümə, 26 Aprel, 16:18
  • Baku Bakı 23°C

AVRO-2020: BNA azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər ayırıb

12.06.21 15:08 212
AVRO-2020: BNA azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər ayırıb
AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi X1, X2, P21 və P22 ekspres xətləri üzrə daşımalar başlayıb.
Bu barədəKaspi.az-a BNA-dan məlumat verilib.
Bundan əvvəl isə sürücülər tibbi müayinədən keçən sürücülərə həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib.
Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşımacaq.
Ekspres xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.
banner

Oxşar Xəbərlər