Avqust ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Respublika üzrə pensiyaların avqustun 16-da tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Kaspi.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.