• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

ATU ilə İstanbul Universiteti-Cerrahpaşa arasında əməkdaşlıq memorandumu imzalandı

18.04.19 18:17 571
ATU ilə İstanbul Universiteti-Cerrahpaşa arasında əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Tibb Universitetinin qonağı olan İstanbul Universiteti- Cerrahpaşanın rektoru Aydın Nuri bu gün professor Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ali məktəblərin ortaq maraqlarını təşviq etmək baxımından memorandumun yararlı olacağını bilirdi. Onun sözlərinə görə, hər iki müəssisə qarşılıqlı korporativ tədris və elmi-tədqiqat fəaliyyətini reallaşdırmaqda maraqlıdır. Bunun üçün işlək mexanimzlərin yaradılmasına ehtiyac var: "Biz qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq sənədi imzaladıqda, bu sənəddə real hədəflərin qoyulmasının tərəfdarı oluruq. Tələbə və rezidentlərimiz, həkim və müəllimlərimiz üçün belə əməkdaşlığın olması çox vacibdir. Xüsusilə də, Türkiyə universitetlərinin tibb fakültələri ilə rezident mübadiləsində sıx əməkdaşlığımız mövcuddur. İmzaladığımız müqavilə qarşılıqlı elmi işlərin aparılması prosesinə böyük təkan olacaq”.
Rektor G.Gəraybəyli ATU-da xeyli sayda xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən gənclərin olduğunu da bildirdi. Rektorun sözlərinə görə, "Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hədəflərinə əsasən ATU-da beynəlxalq ikili diplom proqramlarının tətbiqi və doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi üzrə işlərə başlanılıb. Bunlar da ATU-nun beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində rolunu daha da gücləndirəcək.
Türkiyənin İstanbul Universiteti-Cerrahpaşa rektoru, Professor Doktor Aydın Nuri hazırda universitetdə 42 min tələbənin olduğunu, ali məktəbdə yeni struktur dəyişikliklərinin aparıldığını bildirdi: "Cerrahpaşa artıq bir markaya çevrilib. Tibb təhsili sahəsində çox irəliləyişlər əldə etmişik. İnanıram ki, əməkdaşlığımız sayəsində bir-birimizə hər bir sahədə yardımçı ola biləcəyik”
banner

Oxşar Xəbərlər