“Atletik”də oynaya bilər, babası bask olub
"Yuventus”un
futbolçusu Qonsalo İquain karyerasını İspaniyada davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, İquanin Bilbao "Atletik”ində çıxış etmək variantı yaranıb. Məlumata
görə, "Atletik” İquainlə ciddi maraqlanır.
Argentinalı
futbolçunun "Yuve” ilə müqaviləsi bu ilin yayında başa çatır. Əgər Turin klubu
onunla müqaviləni uzatmasa, İquain "Atletik”ə havayı - azad agent kimi keçə bilər.
Məsələ
burasındadır ki, Qonsala Bilbao klubunun transfer siyasətinə uyğun gəlir. Bu
klubda ancaq bask mənşəli futbolçular çıxış edir. Məlumata görə, İquainin
babası bask olub və Argentinaya köç
edib.