• cümə axşamı, 25 aprel, 08:56
  • Baku Bakı 14°C

Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib

31.03.20 10:00 800
Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib
2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.
Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.
banner

Oxşar Xəbərlər