• şənbə, 20 Aprel, 09:40
  • Baku Bakı 14°C

ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb

06.05.21 22:00 598
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
ATƏT-in hazırkı sədri Ann Linde Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə A.Linde öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan bir neçə gün əvvəl Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.
Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınıb.
banner

Oxşar Xəbərlər