AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Atanın oğlunu və özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

Atanın oğlunu və özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

Kriminal
03 Sentyabr 2021, 20:00 126
Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan Kaspi.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürmüşdür.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Lənkəran rayon prokurorluğundan Trend-ə bildirilib ki,