• cümə axşamı, 25 aprel, 04:41
  • Baku Bakı 19°C

Ata Abdullayevin həbs müddəti uzadıldı

13.07.21 19:00 297
Ata Abdullayevin həbs müddəti uzadıldı
Səbail rayon Məhkəməsində həbsdə olan bloqer Ata Abdullayevin barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Trend-in məlumatına görə, prosesdə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər