Astara Bilik Evində dərnək üzvlərinə sertifikatlar verildi
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evində "İl boyu bilik” proqramı
üzrə altı ay müddətində fəaliyyət göstərən "Toxuculuq” dərnəyinin məşğələləri
uğurla başa vurmuş üzvlərinə sertifikatlar təqdim olunub.
Astara Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə
dərnək üzvlərinə sertifikatları Mərkəzin direktoru, Astara Bilik Evinin mütəxəssisi
Kübra Səmədova və "Toxuculuq” dərnəyinin rəhbəri Şaxanım Zülfüqarova təqdim
ediblər.
Sertifikat alan Aygün Məmmədova, Cəmalə Məmmədova,
Esmira Quliyeva, Fatimə Məmmədzadə,
Fatimə Əliyeva dərnəyin təşkil olunmasında, astaralı qızların toxuculuq sənətinin
sirlərinə yiyələnməsində əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər, həm bu
sənətin inkişafı, həm də özlərinin peşə bacarıq vərdişlərinin artırılması üçün
həvəslə çalışacaqlarını deyiblər.
Bilik Fondunun ölkənin müxtəlif
bölgələrində - Bakının Nardaran qəsəbəsi, İsmayıllı, Qax, Oğuz, Gəncə, Şəmkir,
Ağstafa, Astara və Ağdaş rayonlarında Bilik evləri fəaliyyət göstərir. Burada Fondun
dəstəyi ilə təşkil olunmuş təlim kursları və dərnəklərdə kompüter
texnologiyaları, rus və ingilis dilləri, ədəbi yaradıcılıq, rəssamlıq,
toxuculuq, bələdçilik üzrə məşğələlər keçirilir.