• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

08.09.21 15:45 282
Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısıNizaməddin Quliyevvəfat edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb.
Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdanməhrum edilib.
banner

Oxşar Xəbərlər