AZE | RUS | ENG |

Associated Press: “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub

Associated Press: “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub
"Arsenal” klubu ilə uzun danışıqlardan sonra futbolçu Henrix Mxitaryan təhlükəsizlk məsələləri ilə bağlı Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına getməyəcəyini bəyan edib.
Trend-in məlumatına görə, bu barədə "Associated Press” agentliyinin məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, UEFA ölkə rəhbərliyindən H.Mxitaryanın təhlükəsizliyi ilə bağlı təminat alıb və "Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub.
O da vurğlanır ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası H.Mxitaryan və "Arsenal”ın qərarını "əsassız" adlandırıb. Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunan təminatın ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.
Məqalədə, həmçinin Gənclər və İdman naziri Azad Rəhimovun açıqlaması da yer alıb:

"Biz hər zaman idmanı siyasi məsələlərdən ayırmışıq və bu, əlbəttə ki, Mxitaryana da aiddir”.
H.Mxitaryan Bakıya gəlməyəcəyini bəyan etdikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq onun təhlükəsizliyinin təmin olunduğunu bildirib və Ermənistanı manipulyasiyada ittiham edib:
"Ermənistan Xarici İşlər Nazirliyinin "Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili-siyasi problemləri səbəbindən idmanı siyasi vasitəyə çevirmək cəhdlərindən xəbər verir”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299