• cümə axşamı, 25 aprel, 14:52
  • Baku Bakı 23°C

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

09.04.18 12:20 788
AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb
Avropa ŞurasıParlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, bu barədəAŞPAMonitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter”də yazıb. Səfər zamanı onlarATƏTDemokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.
33 nəfərlikAŞPAmüşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyətiATƏTPA vəATƏTDTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.
banner

Oxşar Xəbərlər