• çərşənbə, 24 Aprel, 05:21
  • Baku Bakı 14°C

AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi

25.01.21 16:15 397
AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan nümayəndə heyətinin irəli sürdüyü təklifi rədd edib.
Kaspi.az xəbər verir ki, erməni deputatlar "erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" mövzusunun AŞPA-nın qızş sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər. Onlar bunu "Avropa İnsan Hüquqları Standartlarınının pozulması faktı" kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.
Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib. Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır. (Report)
banner

Oxşar Xəbərlər