• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

AŞPA Daimi Komitəsi Qarabağla bağlı bəyanat qəbul edib

31.05.13 14:42 1442
AŞPA Daimi Komitəsi Qarabağla bağlı bəyanat qəbul edib
AŞPA Daimi Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması Avropa Şurasına üzv qəbul olunan zaman Ermənistan və Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikdir.
AŞPA Daimi Komitəsi ATƏT-in Minsk Qrupu çərçivəsində Madrid prinsipləri əsasında aparılan danışıqları dəstəklədiyini açıqlayıb. Komitə Azərbaycan və Ermənistanı Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin verdiyi imkanlardan istifadə edərək ölkələr və xalqalr arasında barışıq üçün istifadə etməyə, Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışını aktivləşdirməyə çağırıb.
Bəyanatda bildirilir ki, bu müddəalar adı çəkilən ölkələrin AŞ Nazirlər Komitəsinə sədrliyinin prioritetləri arasında öz əksini tapmalıdır.
Qeyd edək ki, AŞPA Daimi Komitəsinin iclası bu gün İrəvanda keçirilib.
banner

Oxşar Xəbərlər