AŞPA-da "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə Qətnamə qəbul olunub
Avropa ŞurasıParlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.
APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.