"Asiyanın ürəyi" konfransı 2017-ci ildə Azərbaycanda keçiriləcək
Əfqanıstan üzrə növbəti "Asiyanın ürəyi" beynəlxalq konfransı 2017-ci ildə Azərbaycanda keçiriləcək, ölkə gələn il həmsədr olacaq.
"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani məlumat verib.