• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.19 14:23 392
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədəAZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Fəttah Heydərov təbrikində oktyabrın 18-nin Azərbaycanın Dövlət Müstəqilliyi Gününün hamımızın bayramı olduğunu qeyd edir. Təbrikdə deyilir: "Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var. Müstəqilliyi qazanmaq elə də asan olmadı. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Məhz ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Bu gün bütövlükdə ölkəmizin inkişafı göz qabağındadır. Prezident İlham Əliyevin böyük əməyi sayəsində hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyevin siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdır. Bütün bunlar müstəqillik və qurtuluş məfkurəsinin uğurlarıdır”.
Bildirilir ki, Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmaları var. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.
"Mən rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından xalqımızı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyətlər arzulayıram. Arzu edirəm ki, belə bayramları tezliklə Qarabağda da qeyd edək”,- deyə təbrikdə vurğulanır.
banner

Oxşar Xəbərlər