Arvadı şərt qoydu, Özil cavab yazsa...
"Arsenal”ın
futbolçusu Məsut Özilin pərəstişkarı iyulda dünyaya gələcək övladına onun adını
vermək istəyir.
Kaspi.az xəbər
verir ki, amma fanatın həyat yoldaşı bunun üçün şərt irəli sürüb. Həyat yoldaşı
bildirib ki, bununla bağlı yazdığın statusa Özil cavab versə, arzunu
reallaşdıra bilərsən. Fanat tvitterdə belə yazıb:
"Həyat yoldaşım
iyulda uşaq gözləyir. O dedi ki, əgər sən bu statusa cavab versən, onda uşağın
adını Məsut qoya bilərik. Məni məyus etmə, Özil”.
Məsut ona belə
cavab verib: "Razılaşdıq, dostum. Mən səni məyus etmərəm. İndi növbə sənindir.
İyulda doğum şəhadətnaməsini görmək istəyirəm”.