AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Arsenal“ın futbolçusu azərbaycanlı biznesmenin arvadı ilə...

“Arsenal“ın futbolçusu azərbaycanlı biznesmenin arvadı ilə...

İdman
18 Aprel 2013, 13:56 1923
Rusiya mətbuatı Andrey Arşavinin Azərbaycanda sevgilisinin olması haqda sensasiyalı xəbər yayıb. Qol.Az-ın məlumatına görə, Arşavinin yeni eşq macərası səbəbindən vətəndaş nikahında olduğu Yuliyanı və üç uşağını atdığı iddia edilib.

“Moskovski komsomolets” qəzeti iddia edib ki, məhz Azərbaycandakı sevgilisinə görə Arşavin karyerasını ölkəmizdə davam etdirə bilər.

Xatırladaq ki, bir müddət əvvəl rus futbolçunun “Xəzər Lənkəran”a transferinin mümkünlüyü haqda məlumatlar yayılmışdı.

Rus qəzeti həmin qadının Azərbaycanda varlı bir biznesmenin həyat yoldaşı olduğunu yazıb. Qeyd edilib ki, həmin qadın milyonçu mühitinə daxildir. “Moskovskiy komsomolets”in fikrincə, məhz onun təkidi ilə A.Arşavin Avropadakı karyerasına son qoyaraq Azərbaycana gələ bilər.