• cümə, 19 Aprel, 18:12
  • Baku Bakı 24°C

“Arsenal”ı belə məğlub edərlər

15.02.19 10:35 581
“Arsenal”ı belə məğlub edərlər
Avropa Liqasında 1/16 mərhələsinə start verilib.
Kaspi.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan "Fənərbaxça” "Zenit”i (Rusiya) qəbul edib. İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0.
1/16 final mərhələsinin digər oyunları dünən keçirilib. Türkiyənin turnirdəki digər təmsilçisi "Qalatasaray” öz meydanında "Benfika”yla qarşılaşıb. İstanbul klubu bu oyundan məğlub ayrılıb.
İngiltərənin "Arsenal”ı BATE-ni, İtaliyanın "İnter”i isə "Rapid”i sınağa çəkib. "Topçular” Borisov səfərində minimal hesabla uduzublar. Milanlılar isə səfərdən minimal hesabla qalib ayrılıblar. İtaliyanın digər təmsilçisi "Latsio” da "Sevilya” ilə ev oyununda minimal hesabla məğlub olub.
"Çelsi” səfərdə "Malmö” ilə üz-üzə gəlib. Londonlular bu qarşılaşmada çətin qələbəyə seviniblər.
Avropa Liqası, 1/16 final, ilk oyunlar
12 fevral
Fənərbaxça (Türkiyə) – Zenit (Rusiya) 1:0
Qol: Slimani, 21.
14 fevral
Krasnodar (Rusiya) – Bayer (Almaniya) 0:0
Qalatasaray (Türkiyə) – Benfika (Portuqaliya) 1:2
Qol: Diane, 54 – Salvio, 27-pen. Seferoviç, 64.
Latsio (İtaliya) – Sevilya (İspaniya) 0:1
Qol: Ben Yedder, 22.
Rapid (Avstriya) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 39-pen.
Renn (Fransa) – Betis (İspaniya) 3:3
Qol: Hunou, 2. X.Qarsiya, 10-öz qapısına. Ben Arfa, 45-pen – Lo Selso, 32. Sidney, 62. D.Laynes, 90.
Slaviya (Çexiya) – Genk (Belçika) 0:0
BATE (Belarus) – Arsenal (İngiltərə) 1:0
Qol: Draqun, 45.
Olimpiakos (Yunanıstan) – Dinamo (Ukrayna) 2:2
Qol: Koka, 9. J.Dias, 40 – Buyalski, 28. Verbiç, 89.
Brügge (Belçika) – Zalsburq (Avstriya) 2:1
Qol: Densvil, 64. Uesli, 81 – Yunuzoviç, 17.
Malmö (İsveç) – Çelsi (İngiltərə) 1:2
Qol: Kristiansen, 80 – Barkli, 30. Jiru, 58.
Seltik (Şotlandiya) – Valensiya (İspaniya) 0:2
Qol: Çerışev, 42. Sobrino, 49.
Sportinq (Portuqaliya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Pedraza, 3.
Sürix (İsveçrə) – Napoli (İtaliya) 1:3
Qol: Kololli, 83-pen – İnsinye, 11. Kallexon, 21. Zelinski, 77.
Şaktyor (Ukrayna) – Ayntraxt (Almaniya) 2:2
Qol: Marlos, 10-pen. Tayson, 67 – Hinteregger, 7. Kostiç, 50.
Viktoriya (Çexiya) – Dinamo (Xorvatiya) 2:1
Qol: Perniça, 54; 83 – Olmo, 41.
banner

Oxşar Xəbərlər