• cümə, 29 Mart, 16:33
  • Baku Bakı 14°C

Arif Rəhimov Azərbaycan Qran-prisinin baş tutmama riskindən danışdı

20.04.20 12:51 586
Arif Rəhimov Azərbaycan Qran-prisinin baş tutmama riskindən danışdı
"Biz "Formula 1" şirkəti ilə razılığa gəlmişik ki, təqvimdə tarixi daha bir təxirəsalma təhlükəsi ortaya çıxmayacağı halda təsdiqləyəcəyik".
"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) direktoruArif RəhimovAzərbaycan Qran-prisinin baş tutmasının nə dərəcədə mümkünlüyü barədə "Forbes"ə açıqlamasında deyib.
O, Bakıda belə bir yarışa hazırlıq üçün 10 - 12 həftənin lazım gələcəyini, bu səbəbdən, Qran-prinin oktyabrın ortalarına gerçəkləşə biləcəyini vurğulayıb: "Şərtlərimizi təmin edə bilsələr, hesab edirəm ki, bilet satışına ciddi neqativ təsiri olmayan daha bir əla Qran-pri təşkil etməyimiz mümkündür".
BŞH rəsmisinin fikrincə, koronavirus təhlükəsi aradan qalxdıqdan sonra bir çox insan "Formula 1" yarışlarını izləmək istəyəcək. Bu da digər ölkələrdən çoxlu tamaşaçının gəlişinə yardımçı olacaq. A.Rəhimov bununla yanaşı, başqa bir ssenariyə də hazır olduğunu vurğulayıb: "İnsanların qorxu səbəbindənictimai yığıncaqlardan çəkinməsi halı baş verəbilər. Bundan əlavə, iqtisadiyyata zərbə üzündən ailələr əyləncəyə daha az pul xərcləməli olacaqlar”.
Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
banner

Oxşar Xəbərlər