Argentinada minlərlə azarkeş işdən qovuldu, Madridə getdikləri üçün
Nəhayət,
Libertadores kubokunun finalında cavab qarşılaşması keçirilib.
Kaspi.az xəbər
verir ki, Madriddə keçirilən oyunda "River Pleyt” əlavə vaxtda "Boka Xunors”a
3: hesabı ilə qalib gələrək, 4-cü dəfə kuboku qazanıb. İlk oyun 2:2 hesabı ilə
başa çatmışdı.
İspaniya keçirilən
bu oyuna baxmaq üçün Argentinadan minlərlə azarkeş gəlib. Amma bu fanatlar həm
də iş yerlərini itirməli olublar.
Məsələ
burasındadır ki, İspaniya getmək istəyən azarkeşlərə iş yerlərindən icazə
verilməyib, onlara bildirilib ki, intizamı pozacaqları təqdirdə, işdən
qovulacaqlar. Ancaq fanatlar bu qadağaya məhəl qoymayıblar və Madridə
yollanıblar. Nəticədə, minlərlə azarkeş işsiz qalıb.
Hətta bəzi
fanatların oyuna baxmaq üçün avtomobillərini satdıqları da bildirilir. Onlar
avtomobili sataraq, təyyarəyə bilet almalı olublar.