• şənbə, 20 Aprel, 20:26
  • Baku Bakı 24°C

Araz Əlizadə: "Qardaşlıq bağları daha da möhkəmlənəcək"

31.07.21 20:00 458
Araz Əlizadə: "Qardaşlıq bağları daha da möhkəmlənəcək"
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi var. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun gərgin mübarizədə Bakını azad etməsi Azərbaycan üçün dönüş nöqtəsi oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdi. Ulu öndər Heydər Əliyev müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq mesaj qoydu: "Bir millət, iki dövlət, Azərbaycan-Türkiyə”.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.
Türkiyə və Azərbaycanın çətin günlərdə də birlikdə olmasından danışan partiya sədri deyib: "Prezident İlham Əliyev meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilməsi barədə göstəriş verib. Qardaş ölkə olaraq Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınlar, onların fəsadları, həlak olan və yaralananlar barədə xəbərlər bizi çox kədərləndirir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin bir qrup şəxsi heyəti, helikopterlər və yardım üçün zəruri olan digər avadanlıqlar qısa zamanda qardaş ölkəyə göndərildi. İnanırıq ki, tezliklə yanğınlar söndürüləcək və onun fəsadları aradan qaldırılacaq”.
Araz Əlizadə vurğulayıb ki, ölkələr arasındakı qardaşlıqdan irəli gələn dəstək addımları təqdirəlayiqdir. Zaman keçdikcə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları daha da möhkəmlənəcək. Türkiyə ən çətin günlərdə yanımızda olduğu kimi, Azərbaycan da bu qarşılıqlı münasibəti davam etdirir. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Əroğanın atdıqları birgə addımlar Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını bütün sahələrdə sürətləndirir.
banner

Oxşar Xəbərlər