• cümə axşamı, 28 mart, 18:17
  • Baku Bakı 13°C

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb

24.08.19 13:30 5100
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla normanın 40-60 faizini təşkil edir.
DepartamentdənAZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 108 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 89 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 15 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 22 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 28 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 58 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 323 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 53 santimetr olub. Salyanda suyun səviyyəsi 1 santimetr artıb və 73 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 152 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 santimetr artaraq 25 santimetr olub.
banner

Oxşar Xəbərlər