• cümə axşamı, 18 aprel, 09:06
  • Baku Bakı 12°C

“Araz çayı son preistoriya dövründə”

15.05.19 11:51 903
“Araz çayı son preistoriya dövründə”
14-15 may 2019-cu ildə Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş "Araz çayı son preistoriya dövründə (körpü, yoxsa sərhəd)” başlıqlı beynəlxalq konfrans keçirilib. Fransa Milli Araşdırmalar Mərkəzi və Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Katerine Maro, arxeoloq Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange Naxçıvanın qədim mədəniyyətləri ilə bağlı məruzələr ediblər. Məruzələrdə Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ, obsidianların tədqiqi ilə bağlı məlumat verilib. Konfransdakı məruzələrin tezisləri üz qabığında Naxçıvanın panoramı yer alan kitabçada nəşr olunub.
banner

Oxşar Xəbərlər