• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

"Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox"

19.03.19 15:38 551
"Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox"
Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra onlara istədikləri formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, binanın təmiri ilə əlaqədar işlər görülür: "Eyni zamanda, yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son aylar bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə, bu bizi üzür. Bizim bir narahatlığımız budur. İkincisi isə qısa zaman ərzində dörd yerdə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dövləti daim məcburi köçkünlərə diqqət göstərir, onlar üçün yeni mənzillər tikilir və bu iş davam etdirilir.
banner

Oxşar Xəbərlər