• cümə, 19 Aprel, 07:07
  • Baku Bakı 13°C

Aqşin Kamala yeni vəzifə verildi

21.09.21 11:35 230
Aqşin Kamala yeni vəzifə verildi
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
Bununla bağlı BANM-in rektoru Elmar Qasımovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə tanınmış jurnalist Aqşin Kamal təyinat alıb.
A.Kamal tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.
Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV- in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
banner

Oxşar Xəbərlər