• cümə, 29 Mart, 01:06
  • Baku Bakı 7°C

“Aqrar tədarük və təchizat” ASC-nin yaradılması haqqında Fərmanda dəyişiklik edilib

03.09.21 19:00 450
“Aqrar tədarük və təchizat” ASC-nin yaradılması haqqında Fərmanda dəyişiklik edilib
Prezident İlham Əliyev "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.
Kaspi.az xəbər verir ki, Fərmanla qərara alınır:
- "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2557) 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"3.3. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;”.
banner

Oxşar Xəbərlər