APA xəbər agentliyi 10 yaşını qeyd edib

Noyabrın 14-də “Kempinski Badamdar” otelində Azəri-Press Agentliyinin (APA) 10 illiyinə həsr olunmuş tədbir keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.
Agentliyin 10 illiyinə həsr olunmuş videomaterialın nümayişi ilə başlanan yubiley mərasimində “Apa Holdinq”in direktorlar şurasının sədri, APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev və “Apa Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək 10 illik inkişaf yolu keçmiş APA-nın kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Əli Həsənov deyib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuatla bağlı siyasətinin əsas vəzifələri kimi müəyyən edib. Məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində ölkədə söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ təmin edilib.
Ümummilli liderin qətiyyəti nəticəsində siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran senzuranın və dövlət tənzimləmə mexanizmlərinin ləğv edildiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol oynayıb. Azərbaycanda müstəqil mətbuatın formalaşmasında mühüm rol oynayan APA-nın fəaliyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, agentlik işini möhkəm özüllər üzərində qurub və hazırladığı operativ materiallarla hər zaman dövlətçilik prinsiplərinə sadiq qalıb.
Tədbirdə APA-ya ünvanlanmış təbrik məktubları səsləndirilib və bir sıra qurumlar tərəfindən agentliyə mükafatlar təqdim edilib.