AZE | RUS | ENG |

Antimilli ünsürlərin “falabaxma kampaniyası”

Antimilli ünsürlərin “falabaxma kampaniyası”
Proqnozlar özünü tam doğrultmaqdadır... Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəllaşmaqdadırlar. Bu dəfə anti Azərbaycan qüvvələri və onların tör-töküntülərinin "yuxusuna haram qatan” hadisə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında "Strateji tərəfdaşlıq sazişi”nin imzalanması prosesinin həlledici mərhələyə daxil olması ilə bağlıdır. Məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan "Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün " Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi. 

Hadisələr arasındakı ilk baxışdan müəmmalı görünən sinxronluq ayıq-sayıq xalqımızı qətiyyən təəccübləndirmir, çünki yenə də eyni ssenari, eyni tamaşa və eyni ifaçılar...

Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmzi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu xalq-hakimiyyət birliyini güclü edən həlledici amilldir, eyni zamnada bu monolitliyin xarici bədxahlarımızın və daxili "sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.
Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların heç bir siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur. Səbəbi də sadədir. Hakimiyyətin mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bu baxımdan Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan "Strateji tərəfdaşlıq sazişi”nin imzalama prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır.

Antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişi mətni ilə tanış olmadan belə tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir.

Radikal müxalifət və onların tör-töküntülərinin nəzərinə çatdırırıq ki, Ermənistan-Azrbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəndin guya ki,sənəddə əks olunmamasına dair sizin "öngörməniz” əslində "siyasi korluq”dan başqa bir şey deyildir. Bəsirət gözünüz açılsa, görərsiniz ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olmasını şərtlədirən kifayət qədər ciddi sənədlər mövcuddur. Kütləşmiş hafizənizi təzələmək və bəhanələriniz üçün şans qalmasın deyə, onların bəzilərini diqqətinizə çatdırırıq:

1. 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə Bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi bəndi əks olunmuşdur.

2. 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də eyni yanaşma ortaya qoyulmuşdur. Burada qeyd olunmuşdur ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı olaraq dəstəklənməsi əsasında inkişaf edəcəkdir.

3. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşlırın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları-məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır.

Beləliklə, ermənilər, ermənipərəstlər, antimilli ünsürlər, milli dönüklər və qaragüruhçu tor-toküntülər, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mühüm siyasi sənədin imzalanması ərəfəsində keçirdiyiniz təlaş, həyəcan və qorxunun motivlərini başa düşürük. Sizin Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın daha da möhkəmləndirilməsinə və bunun əsasında dayanan xalq-hakimiyyət birliyinin sarsılmaz qüvvəyə çevrilməsinə xidmət edən istənilən addımdan vahimələndiyinizin də fərqindəyik. Müdrik xalqımız sizi hələ keçən əsrin 90-ci illərin əvvələrindən çox yaxşı tanıyır. Xalqımızın yaddaşına siz "xaos” və "anarxiya” sözlərinin sinonimi kimi həkk olunmusuz. Xalqı bir dəfə aldatdınız, daha yetər. Çəkilin siyasi səhnədən! Qorxun, el qınağı yaman olur...
 
Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası 
Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946