• cümə, 19 Aprel, 21:49
  • Baku Bakı 24°C

Antalya - Moskva marşrutu ilə hərəkətdə olan təyyarə Şeremetovada qəza enişi edib

17.01.21 10:00 370
Antalya - Moskva marşrutu ilə hərəkətdə olan təyyarə Şeremetovada qəza enişi edib

Antalya - Moskva marşrutu ilə hərəkət edən təyyarənin eniş mexanizmində yaranan texniki nasazlıq səbəbindən Şeremetova hava limanında məcburi qəza enişi edib.
APATASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarənin ön eniş mexanizmi idarəetmədən çıxsa da, pilot hava gəmisini normal şəkildə endirə bilib.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
banner

Oxşar Xəbərlər