• cümə, 29 Mart, 05:12
  • Baku Bakı 7°C

Anonim zəng edilib - Onu meydana buraxma

10.10.17 12:20 1953
Anonim zəng edilib - Onu meydana buraxma
Belçika yığmasının baş məşqçisi Roberto Martines komandanın hücumçusu Lukaku ilə bağlı maraqlı açıqlama verib.
Kaspi.az xəbər verir ki, Martines DÇ-2018-in seçmə mərhələsində Kiprlə keçiriləcək oyundan əvvəl ona anonim zəng edildiyini bildirib. Zəng edən şəxs məşqçidən tələb edib ki, Kiprlə oyunda Lukakunu meydana buraxmasın.
Lukaku zədə səbəbindən Bosniya və Herseqovina ilə oyunda meydana çıxmamışdı. Onun zədəsi yüngül olduğundan futbolçu komanda ilə birgə məşqlərə başlayıb.
DÇ-yə vəsiqəni təmin edən Belçika Kiprlə bu gün qarşılaşacaq.
banner

Oxşar Xəbərlər