• cümə axşamı, 18 aprel, 06:50
  • Baku Bakı 12°C

Ankarada Milli Qurtuluş Gününə həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib

16.06.19 15:05 548
Ankarada Milli Qurtuluş Gününə həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib
Ankarada 15 iyun - Milli Qurtuluş Günü və Azərbaycan-Türkiyə qardaşlığına həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib.
AZƏRTACxəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki yeri və rolu haqqında geniş məlumat verilib.
Çıxışlarda ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın tarixində yeni bir mərhələ olduğu vurğulanıb, dahi şəxsiyyətin xilaskarlıq missiyasından bəhs edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında danışan natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycan-Türkiyə münasibətləri və türk dünyasında birliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Daha sonra "ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun təşkil etdiyi mədəniyyət və sənət şöləninə qatılan folklor qruplarının çıxışı olub. Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İraq türkmənləri və Kipr türklərini təmsil edən qruplar bir-birindən maraqlı musiqi nömrələri təqdim etdilər.
Azərbaycanın dünyada mədəniyyət vasitəsi ilə təbliğ edilməsi məqsədilə yaradılan "ANKA” klubunun çıxışı böyük maraqla qarşılanıb. İfaçılara təşkilatçı tərəfin diplomları təqdim olunub.

banner

Oxşar Xəbərlər