• cümə axşamı, 25 aprel, 12:23
  • Baku Bakı 23°C

Anjey Kaspşik Tərtər rayon İcra Hakimiyyətində olub

06.02.18 13:20 592
Anjey Kaspşik Tərtər rayon İcra Hakimiyyətində olub
Bu gün cəbhə xəttində monitorinq keçirmək üçün bölgəyə səfər edənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Tərtər rayon İcra Hakimiyyətində olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MəmmədovATƏTnümayəndəsini qəbul edib.M. Məmmədov, Anjey Kaspşiklə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə məlumat verib.
Bildirilib ki, sonuncu dəfə 8 noyabr 2017-ci ildə monitorinq keçirildiyi gündən bu günədək Ermənistan Silahlı Qüvvələri 481 dəfə atəşkəsi pozub. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutur, təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.
Rayon İH başçısı cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daima təhlükə altında olduğu barədə məlumat verib.
Görüşdən sonra A. Kaspşik cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların qarşıdurma xəttinəyollanıb.
Qeyd edək ki,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan qoşunlarınınTərtər rayonu ərazisində yerləşəntəmas xəttində növbəti monitorinqkeçirilir.
Monitorinqi Azərbaycan tərəfindənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster izləyirlər.
banner

Oxşar Xəbərlər