• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

Angela Merkel: Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz

17.10.19 15:30 1171
Angela Merkel: Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz
Avropa İttifaqı və Böyük Britaniya Brexit prosesi ilə bağlı danışıqlarda hələlik irəliləyişə nail ola bilməyib – Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz.
AZƏRTACAFR mediasına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı sammitinin gündəliyi üzrə hökumət bəyanatı ilə Bundestaqda çıxışı zamanı deyib.
"Biz hələ ki, məqsədə çatmamışıq. Almaniya daim danışıqların uğurla başa çatmasına can atır. Məsələnin həll olunması, əvvəlki kimi mümkündür, - deyə Angela Merkel bildirib. Almaniya kansleri əlavə edib ki, "biz sərt sərhəd səbəbindən İrlandiya adasında yenidən nifrət və zorakılığın baş qaldırmasını istəmirik”.
Angela Merkel, eyni zamanda, Böyük Britaniyanın bir çox istiqamətdə Avropa İttifaqı üçün "vacib tərəfdaş olduğuna” inandığını deyib.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.
Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının Brüssellə Baş nazir Tereza Mey arasında əldə olunan saziş layihəsini üç dəfə rədd etməsi səbəbindən Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salıb. Vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa vermək məcburiyyətində qalıb.
banner

Oxşar Xəbərlər