• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

Anar Kərimov: "Peyvəndlərin paylanmasında bərabərsizlik Qoşulmama Hərəkatında ciddi narahatlıq yaradıb"

14.06.21 10:37 278
Anar Kərimov: "Peyvəndlərin paylanmasında bərabərsizlik Qoşulmama Hərəkatında ciddi narahatlıq yaradıb"
Beynəlxalq Əmək Konfransının (BƏK) 109-cu sessiyası çərçivəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Qoşulmama Hərəkatı adından çıxış edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənAPA-ya verilən məlumata görə, A.Kərimov pandemiyanın təsirlərini aradan qaldırmaq üçün qlobal səylərin səfərbər edilməsi və gücləndirilməsində Qoşulmama Hərəkatının mühüm rolunu vurğulayıb. Azərbaycanın Hərəkata sədrlik edən ölkə kimi bu mövzuda 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünü uğurla keçirdiyini deyib. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” qətnaməsinin qəbul edildiyini, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirildiyini diqqətə çatdırıb.
Nazir müavini COVID-19-un iqtisadiyyata, habelə əmək bazarına və məşğulluğa mənfi təsirlərini qeyd edib. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin paylanmasında bərabərsizliyin Qoşulmama Hərəkatına üzv dövlətlərin ciddi narahatlığına səbəb olduğunu bildirən A.Kərimov bu baxımdan "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin xüsusi önəmini vurğulayıb.
Nazir müavini pandemiyaya qarşı mübarizədə qlobal birgə səylərin,çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan haqlarına hörmətin vacibliyi qeyd edib. Həmçinin pandemiyanın əmək bazarına mənfi təsirlərini aradan qaldırmaq, işçilərə layiqli iş imkanları yaratmaq üçün sosial dialoqun xüsusi önəmini, bu sahədə hədəflərə çatmağa imkan verəcək fəaliyyət istiqamətləri diqqətə çatdırıb.
Qeyd edək ki, tarixində ilk dəfə virtual formatda keçirilən BƏK-in 109-cu sessiyasında Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinin 4000-dən çox hökumət nümayəndəsi və sosial tərəfdaş iştirak edir.

banner

Oxşar Xəbərlər