• cümə axşamı, 25 aprel, 01:22
  • Baku Bakı 19°C

ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib

19.01.22 15:30 375
ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri"Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirib.
Bu barədə"Report"a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, maarifləndirmə tədbirinə Dövlət Komitəsi aparatının və tabe qurumların xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar işğaldan azad edilmiş ərazilərə vaxtaşırı ezamiyyətə gedən 25 nəfər əməkdaşı cəlb olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə intensiv şəkildə minatəmizləmə əməliyyatlarının aparıldığı, bərpa-quruculuq işlərinin genişləndirildiyi, Böyük Qayıdışa hazırlıq görüldüyü bildirilib. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə hərbi təyinatı olmayan yerləri belə minalaması Qarabağa geri dönəcək və ya icazəsiz səfər edəcək vətəndaşların həyatı üçün təhlükə yaradır.
Təlimçilərtəhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə ətraflı məlumat verib. Eləcə də, müxtəlif növ mina və sursatların,əldəqayırma partlayıcı qurğularınvizual tanınması üçün maketlər nümayiş etdiriblər.
Təlimin sonunda Dövlət Komitəsinin əməkdaşlarına təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları və müvafiq sertifikatlar təqdim olunub.
banner

Oxşar Xəbərlər