• çərşənbə axşamı, 19 mart, 12:33
  • Baku Bakı 8°C

“Amnesty International” haradan işıq gəlirsə onu söndürməyə çalışır”

25.05.19 13:45 526
“Amnesty International” haradan işıq gəlirsə onu söndürməyə çalışır”
"Ümumiyyətlə, biz artıq xarici dairələrdən ölkəmizə qarşı olan qarayaxma kampaniyalarına alışmışıq. Görünür bu şəkildə yaşamağa və mübarizə aparmağa da alışmalıyıq, öyrənməliyik. Hesab edirəm ki, "Amnesty International” təşkilatının bəyanatını şərh etməzdən əvvəl ona qədərki rəsmi və qeyri-rəsmi mövqelərə toxunaq. Birincisi, Azərbaycanda nə zaman qlobal, regional miqyaslı böyük beynəlxalq tədbirlər keçirilirsə hamısında biz bu tipli qeyri-hökumət təşkilatlarının, bəzən rəsmi qurumların bənzər bəyanatları ilə tanış oluruq”. BunuSİA-ya açıqlamasında "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
"Nə baş verir? İlk növbədə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yaydı və Bakını obyektiv olmayan bir şəhər şəklində təsvir etdi, solğun işıqlandırılmış arxa küçələr ifadəsi gətirdi və s. Mən bu zaman qısa bir araşdırma apardım və London polisinin veb səhifəsinə daxil oldum. Bəlli oldu ki, Londonda il ərzində baş verən oğurluq sayı 254 mindir. Azərbaycanda isə rəsmi statistika təqribən 8 mindir. Nəzərə alsaq ki, London əhalisi Azərbaycan əhalisindən 3 dəfə çoxdur o zaman səkkiz rəqəmini üç rəqəminə vurmalıyıq ki, adambaşına düşən cinayət hadisəsinə görə uyğunluq yaransın. Məlum olacaq ki, Londonda 10 dəfədən çox oğurluq halları mövcuddur. Belə olan halda rəsmi bir dövlətin qurumu bu şəkildə bəyanat verməyi necə özündə mənəvi haqq tapır? Təbii ki, burada qərəz vardır. Həmçinin onlar bildirdilər ki, guya Azərbaycanda milli etnik ayrı-seçkilik var və onlar "Arsenal” futbol klubunun oyunçusu Henrik Mxitaryanı önə çəkərək onun ətrafında şou düzəltməyə çalışdılar.
Üçüncü həlqədə artıq "Amnesty International” təşkilatının bəyanatı gəlir ki, Azərbaycanda insan haqları pozulub və bu ardıcıl xarakter daşıyır və s. Görürsünüz ki, bunların hər birində ittiham fərqlidir amma məqsəd eynidir. Məqsəd Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqdır. Bu təşkilat iddia edir ki, mənim fəlsəfəm və ideologiyam ondan ibarətdir ki, qaranlığı işıqlandırmaq üçün sən də bir şam yandır. Amma onun fəaliyyətində görürük ki, bu təşkilat haradan işıq gəlirsə, orada şamı söndürməyə çalışır ki, burada qaranlıq olsun”-deyə, H.Babaoğlu fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər