AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

Təfsilat
13 İyun 2021, 11:30 170
"Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın 15 ermənini Ermənistan tərəfinə təhvil verməsində Gürcüstanın iştirakını şərh edən hərbi-siyasi ekspert Amiran Salukvadze feysbuk hesabında yazıb.
Gürcü ekspertin sözlərinə görə, bu, yaxın qonşular və regiondakı xarici oyunçuların Gürcüstana etimadın möhkəmlənməkdə olduğunu təsdiqləyir.
A.Salukvadzenin fikrincə, Gürcüstanın prosesdəki rolu qonşuları – Azərbaycan və Ermənistanla etimadın dərinləşməsinə xidmət edir: "İrakli Qaribaşvilinin Bakı, Yerevan və Ankaraya səfərlərinin nəticəsi etimadın dərinləşdirilməsidir”.
Ekspert Gürcüstanın fəal xarici siyasətini alqışlayıb: "Bu, regional kontekstdə müsbət hadisədir və belə addımlar bölgədə sülh, etimad və mehriban qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq. Azərbaycan tərəfi İrakli Qaribaşviliyə danışıqlarda oynadığı rola görə artıq minnətdarlıq bildirib”.