• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

Amerikalı politoloq: "Gəncəsər Alban məbədinin erməni Qriqoriyan kilsəsi ilə heç bir əlaqəsi yoxdur"

07.08.17 16:30 1022
Amerikalı politoloq: "Gəncəsər Alban məbədinin erməni Qriqoriyan kilsəsi ilə heç bir əlaqəsi yoxdur"
"Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonundakı Alban məbədi ermənilərin qəsdən Azərbaycan mədəniyyət abidələrinin adlarını dəyişdirməsinə nümunədir".
Bunu "Report"a amerikalı politoloq Piter Teys bu yaxınlarda ermənilərin Gəncəsər Alban kilsəsinin adını dəyişərək Qandzasar qoymasına və bununla bağlı mərasim təşkil etməsinə münasibət bildirərkən deyib.
O, kilsənin 1216-cı ildə Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa etdirildiyini xatırladıb. P.Teys kilsənin Zaqafqaziya Albaniyanın mədəniyyət mərkəzi olduğunu bildirib.
"Arxeoloji qazıntılara əsasən, Gəncəsər məbədinin erməni qriqoryan kilsəsi ilə heç bir bağlılığı yoxdur. Ermənilərin Azərbaycanın mədəniyyət və dini abidələrinin adların dəyişdirməsi onların humanitar hüququ pozduqlarına bariz nümunədir", - P.Teys vurğulayıb.
banner

Oxşar Xəbərlər