• çərşənbə, 24 Aprel, 17:09
  • Baku Bakı 27°C

Amerikalı alimlər: Koronavirus çox ləng mutasiyaya uğrayır

29.03.20 19:45 530
Amerikalı alimlər: Koronavirus çox ləng mutasiyaya uğrayır
Bir qrup amerikalı alim tərəfindən yeni növ SARS-CoV-2 koronavirusunun 8 fərqli ştammı təhlil edilib.
Trend-in məlumatına görə, koronavirusun çox kiçik sürətlə mutasiya etdiyi aydınlaşıb.
Qeyd olunur ki, SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə 10 dəfə daha ləng mutasiyaya uğrayır.
Alimlərin sözlərinə görə, bu fakt "Covid-19” infeksiyasına qarşı hazırlanan vaksinin onilliklər boyunca koronavirusdan qoruyacağına ümid yaradır.
Qeyd edək ki, bu günədək dünyada 680 minə yaxın şəxs koronavirusa yoluxub, 31 mindən çox şəxs virusun qurbanı olub.
banner

Oxşar Xəbərlər