• şənbə, 20 Aprel, 11:38
  • Baku Bakı 14°C

Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb

06.12.18 14:30 680
Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb
Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5,4 milyon barrel artaraq 444,6 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi.
Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 1,5 milyon barrel azalmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər