• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

AMEA-nın elmi müəssisə və təşkilatlarında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12.12.19 12:07 368
AMEA-nın elmi müəssisə və təşkilatlarında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bu gün müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Bu münasibətlə ölkəmizdə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
AMEA-danAZƏRTAC-a bildirilib ki, akademiyanın Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Radiasiya Problemləri, Əlyazmalar, Qafqazşünaslıq, Dendrologiya, Tarix institutlarında, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyi və Hüseyn Cavidin ev-muzeyində Ulu Öndərin xatirəsinə həsr edilən konfrans, elmi sessiya, dəyirmi masa və sərgilər təşkil olunub.
Anım tədbirlərində bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən bəhs olunub, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Tədbirlərdə Ümummilli Liderin zəngin və ibrətamiz həyat yolundan danışılıb, dahi rəhbərin Azərbaycanda elm və təhsilin inkişafı naminə gördüyü böyük işlərdən söhbət açılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində elm və təhsil sahəsinə böyük diqqət və qayğı göstərib. Dahi liderin nəsillərə nümunə olan ibrətamiz ömür yolu və ictimai-siyasi fəaliyyəti Vətənə, xalqa və dövlətçilik ideallarına sonsuz sədaqətin parlaq nümunəsidir. Bundan başqa, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində xaosdan və parçalanmaq təhlükəsindən xilas olduğu, respublikanın əbədi müstəqilliyinin təmin edildiyi diqqətə çatdırılıb. Çıxışlarda Ümummilli Liderin xalqı öz ətrafında sıx birləşdirdiyi və Azərbaycanı beynəlxalq arenada yüksək pillələrə qaldırdığı qeyd edilib.
banner

Oxşar Xəbərlər