şənbə, 01 Oktyabr, 02:17

Baku Bakı 19°C

AMEA: "Lökbatanda püskürən vulkan dünyanın ən aktiv palçıq vulkanıdır"

icon 201 icon 11 avqust 2022 | 11:55 AMEA: "Lökbatanda püskürən vulkan dünyanın ən aktiv palçıq vulkanıdır"

Azərbaycan Milli Elmlər Akdemiyasının Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında palçıq vulkanın püskürməsi ilə bağlı məlumat yayıb.

İnstitudan "Report"a bildirilib ki, bu, güclü püskürmədir.

Qeyd edilib ki, gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb: "Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib"