bazar ertəsi, 25 sentyabr, 12:42

Baku Bakı 24°C

AMEA işçilərinin say həddi müəyyənləşdi

icon 494 icon 30 sentyabr 2022 | 16:37 AMEA işçilərinin say həddi müəyyənləşdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.