• çərşənbə axşamı, 16 aprel, 13:23
  • Baku Bakı 19°C

AMEA-da “Nəsimi ili”nin yekunlarına dair elmi konfrans keçiriləcək

10.01.20 15:15 592
AMEA-da “Nəsimi ili”nin yekunlarına dair elmi konfrans keçiriləcək
Yanvarın 13-də AMEA-da "Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçiriləcək.
AMEA-danAZƏRTAC-a bildirilib ki, konfrans saat 11:00-da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında reallaşacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Xatırladaq ki, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.
banner

Oxşar Xəbərlər