• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

“Amazon”a qədər 25 şirkətdən “yox” cavabı aldım” - Uğur hekayəsi

16.04.20 14:59 4210
“Amazon”a qədər 25 şirkətdən “yox” cavabı aldım” - Uğur hekayəsi
Vasif Əbilov: "Amerikada "yox” cavabı almaq faciə hesab edilmir”
"Nəyi çox istəyisənsə, gec və ya tez sənin olur” kimi bir yanaşması var. Xüsusilə vurğulayır ki, burda söhbət istəməkdən yox, çox istəməkdən gedir. "Amazon” kimi böyük şirkətdə işləmək hədəfi olur və bunu çox istəyir. "Bunun üçün çalışdım, "yox” cavabı aldığımda həvəsdən düşmədim və nəticədə məqsədimə nail oldum” – deyən müsahibimiz "Amazon” şirkətində hesabat analitiki vəzifəsində çalışan azərbaycanlı gənc Vasif Əbilovdur.

- Vasif bəy, bakalavr təhsiliniz vergi, magistr isə maliyyə ilə bağlıdır. Hər iki təhsilə başlayan zaman indi çalışdığınız mühasibatlığı seçmək imkanı olub. Bəs niyə seçməmisiniz?
- Çünki biz universitetə qəbul olduğumuz illərdə ən prestijli, qəbul balı yüksək olan ixtisaslar vergi və maliyyə idi. O vaxt işin nə olduğunu detallı bilməsək belə, ən yüksək bal tələb olunan ixtisasları seçməyə çalışırdıq. Mən İqtisad Universitetində vergi sahəsi ilə bağlı ixtisasa qəbul oldum. İkinci kursda oxuyanda universitetin Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil almaq imkanı qazandım. XİQ-də təhsil aldığım müddətdə maliyyəyə yönəldim. Həmin dövrdə məndə həm də mühasibatlığa maraq yaranmışdı. Ona görə magistrda dəyişiklik edib maliyyə üzrə oxudum. Daha sonra isə, ümumiyyətlə, mühasibatlığa yönəlmək qərarı verdim.

- Azərbaycanda magistr təhsilini başa vurandan sonra Amerikaya köçmüsünüz. Bu da magistr təhsili məqsədi ilə bağlı olub. Bu təhsil hansı istiqamətdə idi?
- Bakıda aldığım magistr təhsili maliyyə idi, ancaq sonra o sahənin də elə də çox marağımda olmadığı qənaətinə gəldim. Mühasibatlıq üzrə davam etmək qərarı verdim. Mən Amerikada çalışmaq istədiyim üçün burda mühasibatlıqla bağlı təhsil almalıydım. Məsələn, Bakıda şirkətlər bizim sahədə olan kadrları işə götürəndə ACCA, Amerikada isə CPA sertifikatlarına baxırlar. Düzdür, hələ Amerikada o sertifikatı almamışam, amma imtahanlar, hazırlıqlar gedir.


- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurlu olmağın sirri nədir?
- Karyerada uğur qazanmaq asandır, çətin və edilməyəcək bir şey deyil.

İlk olaraq deyim ki, nəyi çox istəyisənsə, gecə və ya tez sənin olur. Bu yanaşmayla düşünmək lazımdır. Əgər sən "Ferrari” sürməyi çox istəyirsənsə, mütləq buna nail olacaqsan. Söhbət istəməkdən yox, çox istəməkdən gedir.

Təbii ki yalnız istəməklə də olmur. Həm də bu istək üçün çox çalışmaq vacibdir.

Bir də heç vaxt həvəsdən düşmək olmaz. Məqsədə gedən yolda müəyyən mərhələlər olur, onları keçmək lazımdır. Bu zaman təbii ki çətinlik də, alınmayan məqamlar da olacaq, çoxlu "yox” cavabları alacaqsan. Yenə də vaz keçmək olmaz. Davamlı şəkildə istəmək lazımdır.

İstiqamətin düzdürsə, istəyin kifayət qədərdirsə, ona yüz faiz çatacaqsan.

"Amazon” kimi böyük şirkətdə işləmək hədəfim var idi və mən bunu çox istəyirdim. Bunun üçün çalışdım, "yox” cavabı aldığımda həvəsdən düşmədim və nəticədə buna nail oldum. Ancaq deyim ki, "Amazon”da işləmək mənə görə uğur deyil. Uğur, işi görərkən hansısa dəyişiklik etməkdir. Uğur "Amazon”a hansısa məhsulu yaratmaq, onun insanlara, şirkətə faydasının dəyməsi olardı.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər