“Aman Allah, mən sizi sevirəm, uşaqlar”
"Tottenhem”in
hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti” ilə
keçirilən cavab qarşılaşmasında iştirak etməyib.
Kaspi.az xəbər
verir ki, zədəli olan Keyn oyunu televizordan izləyib. O, emosiyalarına hakim
ola bilməyib, komanda yoldaşlarına soail şəbəkə vasitəsilə dəstək verib.
Keyn "tvitter”də
oyuna baxdığını göstərən video paylaşıb və belə yazıb: "Aman Allah, mən sizi
sevirəm, uşaqlar”.
Keyn 1/4 finalın
ilk qarşılaşmasında zədələnib və mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
"Tottenhem” 2
oyunun nəticəsinə görə (1:0, 3:4) yarımfinala adlayıb.