• şənbə, 20 Aprel, 12:09
  • Baku Bakı 23°C

Aludə olmusunuz?

16.02.15 07:37 1317
Aludə olmusunuz?
Seks, fəstfud, qısqanclıq, xəyalpərəstlik, içki, narkotik maddələr – bunlar müasir həyatın əsas aludəçilik yaradan vasitələridir. İnsanlar bu və ya digər şeyləri əvvəlcə vərdiş olaraq mənimsəyir, daha sonra bu, aludəçiliyə keçir və insanda asılılıq yaradır. “Yatmadan əvvəl” (“Before I go to sleep”) və “İkinci həyat” (“Second Life”) əsərlərinin müəllifi, yazıçı-sosioloq S.J.Vatsonun “Guardian”da günün ən böyük problemlərindən olan aludəçilik məsələsinin ədəbiyyatdakı təsvirinə aid məqaləsi dərc olunub. Film və ədəbiyyat sektorunda nimfoman (seks aludəçiləri – müəl.) və narkomanlarla (narkotik preparatlar aludəçisi – müəl.) bağlı bu qədər çox işin ortaya qoyulmasının səbəblərini araşdıran müəllif çoxsaylı film və əsəri yanlış və doğru istiqamətləri baxımından geniş təhlil edib. Vatson iddia edir ki, “İkinci həyat”ı yazarkən apardığı araşdırmalar nəticəsində onlayn həyat yaşayan insanların beyinləri və bədənlərində çoxsaylı və mövcud olandan daha mükəmməl oxşarlar yaratdıqları qənaətinə gəlib. İnsanlar gün ərzində sosial şəbəkədə başqa, işdə başqa, klubda başqa, yataqda başqa insanı canlandırmaqla mənəvi və fiziki baxımdan tükənirlər. Bu isə insanın onu mənəvi cəhətdən hər cür məcburiyyətdən azad edən şeylərə - seks, içki, narkotik, qəhvə və s. daha çox bağlanmasına gətirib çıxarır. Vatson bu cür aludəçiliyi olan, amma bundan xilas ola bilməyənlərə, eyni zamanda doğmalarını bu cür aludəçilikdən qoparmağa çalışanlara aşağıdakı əsərləri oxumağı və düzgün yollar seçərək hərəkət etməyi məsləhət görür:
1. Fay Ueldon - “Şeytanın həyatı və sevgisi” (“The life and loves of a She-Devil”)
2. Stefen Kinq – “Parıltı” (“The shining”)
3. Çak Palaniuk – “Boğulmaq” (“Choke”)
4. Edit Templeton – “Qordon” (“Gordon”)
5. Reyşl Resnik – “Cankinin məhəbbəti: memuar” (“Love Junkie: A memoir”)
6. İrvin Uelş – “Qatar izi” (“Trainspotting”)
7. Marya Hornbaçer – “Anoreksiya və bulimia xatirəsi” (“A memoir of anorexia and bulima”)
8. Hubert Selbi – “Xəyalına rekviyem” (“Requiem for a dream”)
9. Cim Karol – “Basketbol gündəliyi” (“The basketball diaries”)
10. Keyt Holden – “Mənim dərimdə” (“İn my skin”)
banner

Oxşar Xəbərlər